Azərbaycan səfiri Keniyanın baş naziri ilə görüşüb
Səfir Hacıyev 30 illik işğal ərzində Ermənistan tərəfindən viran edilmiş və 44 günlük müharibə nəticəsində azad edilmiş Azərbaycan torpaqlarına əhalinin qayıdışı məqsədilə həyata keçirilən irimiqyaslı bərpa və yenidənqurma işləri, bu günə qədər dinc əhalinin həyatına ölümcül təhlükə yaradan və çoxsaylı qurbanlara səbəb olan mina təhlükəsi və minatəmizləmə haqqında məlumat verib. Səfir, eyni zamanda, Ermənistanın davam edən qeyri-konstruktiv addımları barədə danışıb. Ermənistanın təxribatlarına baxmayaraq, Azərbaycanın bölgədə sülh və inkişaf naminə səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.
Görüş zamanı Azərbaycan-Keniya münasibətlərinin daha da inkişaf etdirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb. İnformasiya və kommunikasiya texnologiyaları, enerji, turizm, investisiya, kiçik və orta biznesin əməkdaşlığı, ticarət, mədəniyyət, idman və bir çox digər sahələrdə əməkdaşlığın daha da genişlənməsi üçün böyük potensialın mövcud olduğu vurğulanıb.
Daha sonra qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.fərin öldüyü, 100 nəfərdən çox insanın yaralandığı bildirilib. Yaralıların içində azyaşlılar da var.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


