Ermənilər növbəti dəfə Laçındakı sərhəddən sərbəst keçiblər - VİDEO

   Ermənilər növbəti dəfə Laçındakı sərhəddən sərbəst keçiblər -    VİDEO
  15 Avqust 2023    Oxunub:1156
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
Bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-yə məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçid edib. Həmin nəqliyyat vasitələrinin içərisində 29 nəfər şəxs olub. Onlardan 6-sı BQXK-nin üzvü, 9-u sürücü, 9 nəfəri xəstə, 4 nəfəri müşayiətçi, 1 nəfəri isə tibb işçisidir.

Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib. Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.



AzVision.az


Teqlər:



Xəbər lenti