“Prius”u polislərin üstünə sürən şəxsin işi məhkəməyə göndərildi
İstintaqla Rauf Qurbanovun külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsini həyata keçirməsinə, eləcə də idarə etdiyi “Toyota Prius”la qərəzli xuliqanlıq hərəkətləri edib insanların həyat və sağlamlığı üçün təhlükəli olan üsulla özgə əmlaklarını qəsdən zədələməsinə, xidməti vəzifələrini yerinə yetirən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşlarına həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rauf Qurbanova Cinayət Məcəlləsinin 186.2.2, (xeyli miqdarda ziyan vurulmaqla özgənin əmlakını qəsdən zədələmə), 221.3 (xuliqanlıq), 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etməklə müqavimət göstərmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


