Ermənistanda 23 min dollar rüşvət alan hərbi komissar həbs olunub

   Ermənistanda 23 min dollar rüşvət alan hərbi komissar həbs olunub
  15 Avqust 2023    Oxunub:1271
Ermənistan Müdafiə Nazirliyinin Hərbi Xidmətə Çağırış və Səfərbərlik Qərargahının Zəngəzur ərazi idarəsinin rəisi S.D. çağırışçını hərbi xidmətdən yayındırmaq üçün 23 min dollar rüşvət alıb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Məlumata görə, İrəvan şəhər sakini G.X. 2023-cü ilin yayında oğlunu ağır xəstəlik səbəbilə hərbi xidmətdən yayındırmaq məqsədi ilə hərbi komissara müraciət edib. Çağırışçını yararsız çıxarmaq üçün qeydiyyatını Gorus rayonundan Zəngəzura dəyişiblər. Məmur və çağırışçının atası saxlanılıb. Onlara qarşı ittiham irəli sürüldükdən sonra barələrində həbs qətimkan tədbiri seçilib.

AzVision.az


Teqlər:



Xəbər lenti