İtkin hərbçimizin atası vəfat etdi - FOTO

 İtkin hərbçimizin atası vəfat etdi - FOTO
  15 Avqust 2023    Oxunub:2385
44 günlük Vətən müharibəsində itkin düşən və bügünədək tapılmayan Asim Mehdiyevin atası Yaqub Mehdiyev vəfat edib.
Xatırladaq ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndindən olan MAXE Asim Mehdiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, yeddi noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı itkin düşüb.

Asim Mehdiyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

AzVision.az



Teqlər: İtkin  



Xəbər lenti