Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
“Söhbət zamanı ən aktual beynəlxalq və regional gündəliyə dair fikir mübadiləsi aparılıb. Qarabağ ətrafında vəziyyətin mümkün qədər tez deeskalasiyası, o cümlədən daha əvvəl prinsipcə razılaşdırılmış addımların praktiki həyata keçirilməsinin zəruriliyi xüsusi vurğulanıb”, - Rusiya XİN-in bəyanatında deyilir.
Qurum əlavə edib ki, “Bakı ilə İrəvan arasında münasibətlərin davamlı şəkildə normallaşmasına nail olmaq üçün Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli sazişlərin bütün kompleksinin həyata keçirilməsinə alternativ yoxdur”.
“Nazirlər bu sahədə konkret işin siyasi təbliğatla əvəzlənməsi cəhdlərinin əks-məhsuldarlığı barədə ümumi rəy bildiriblər”, - məlumatda qeyd edilib.
AzVision.az
Teqlər: XİN







Vaxtında, Aydın, Lazımlı!


