Gədəbəydə mövqelərimiz atəşə tutulub

   Gədəbəydə mövqelərimiz  atəşə tutulub
  15 Avqust 2023    Oxunub:1596
Ermənistan ordusu Gədəbəy istiqamətində yerləşən mövqelərimizi atəşə tutub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, avqustun 15-də saat 18:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Şişqaya və Göysu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqemizi müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

AzVision.az



Teqlər: Gədəbəy  



Xəbər lenti