Ermənistanın növbəti təxribatının qarşısı alınıb

   Ermənistanın növbəti təxribatının qarşısı alınıb
  16 Avqust 2023    Oxunub:1206
Avqustun 16-sı saat 09:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən açılan atəş nəticəsində kvadrokopter Ermənistan istiqamətində geri qayıtmağa məcbur edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti