Sumqayıtda zəhərlənənlərdən doqquzu evə buraxıldı - YENİLƏNİB

 Sumqayıtda zəhərlənənlərdən doqquzu evə buraxıldı -  YENİLƏNİB
  16 Avqust 2023    Oxunub:2305
TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına zəhərlənmə halı ilə bağlı yerləşdirilən 12 nəfərdən 9 nəfəri abulator müalicə üçün evə buraxılıb.
Bu barədə AzVision.az -a TƏBİB-dən bildirilib. Qeyd olunub ki, 3 nəfərin isə terapiya şöbəsində müalicəsi davam etdirilir: "Onların vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur".

***

"TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib".

AzVision.az xəbər verir ki, bu barədə mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Lalə İbadova jurnalistlərə açıqlamasında bildirib. Onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir".

"Müraciət edənlər zəhərlənmə diaqnozu ilə müşahidə otağına yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti qənatbəxşdir. Əhvalı yaxşılaşan xəstələr artıq evə buraxılıb. Terapiya şöbəsində 5, müşahidə otağında isə 3 pasiyent qalıb və onlar həkim nəzarətindədir. Müşahidə otağında olanlara da tibbi yardımlar olub və gün ərzində evə buraxılacaqlar".

AzVision.az


Teqlər:



Xəbər lenti