Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
İlkin araşdırma zamanı 1993-cü təvəllüdlü Qaraş İbrahimovun aralarında yaranmış mübahisə zamanı arvadı Günel İbrahimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qaraş İbrahimov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
Fakta görə Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


