Baltikyanı ölkələr və Polşa Belarusla sərhədin bağlanmasını müzakirə edəcək
“Bir həftə əvvəl Polşanın daxili işlər naziri ilə söhbətim oldu. Biz razılaşdıq ki, əgər belə bir regional qərar qəbul edilsə, Baltikyanı ölkələr və Polşa bunu eyni vaxtda etsə, hansı nəticələri olacağını görmək üçün texniki hərəkətləri və alqoritmi koordinasiya edirik”, - Litva Daxili İşlər Nazirliyinin rəhbəri bildirib.
O qeyd edib ki, avqustun 28-də Varşavada Baltikyanı dövlətlərin və Polşanın nazirlərinin iştirakı ilə görüş planlaşdırılıb. Görüşdə onların hərəkətlərini sinxronlaşdırmaq yolları müzakirə olunacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


