Sumqayıtdakı kütləvi zəhərlənmə həşərat əleyhinə dərmandan olub

 Sumqayıtdakı kütləvi zəhərlənmə həşərat əleyhinə dərmandan olub
  16 Avqust 2023    Oxunub:1719
Avqustun 16-da Sumqayıt şəhərində yerləşən sexlərdən birində işləyən 11 nəfər şəxsin zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasına müraciət etmələri barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan AzVision.az -a verilən məlumata görə, ilkin araşdırma zamanı həmin şəxslərin həşərat əleyhinə dərman preparatından zəhərlənməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti