Ermənilər Şuşa istiqamətində uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd ediblər

   Ermənilər Şuşa istiqamətində uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd ediblər
  16 Avqust 2023    Oxunub:1359
Avqustun 16-sı saat 19:40 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən AzVision.az - a məlumat verilib. Qeyd edilir ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

AzVision.az



Teqlər: Şuşa  



Xəbər lenti