Ukraynada qətlə yetirilən azərbaycanlılar Vətəndə dəfn edilib
Kənd məscidində cənazə namazı qılındıqdan sonra onların nəşləri Məmmədqasımlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, qətl edilənlərin hər ikisi ailəli idi və azyaşlı övladları var.
Ailə üzvlərindən bildiriblər ki, Ramiz və Orxan təqribən beş ay əvvəl Ukraynaya işləmək məqsədilə gediblərmiş.
Xatırladaq ki, avqustun 13-də gecə saatlarında Rusiya ordusuna məxsus tank azərbaycanlıların idarə etdiyi meyvə-tərəvəzlə dolu avtomobilin üzərindən keçib. Hadisə zamanı hər iki şəxs həlak olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


