Keçmiş məhkumdan tapança və heroin götürülüb

Keçmiş məhkumdan tapança və heroin götürülüb
  17 Avqust 2023    Oxunub:1393
Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Rauf Hüseynov saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança, 2 ədəd patron, 1 kiloqramdan artıq heroin və 390 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti