Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirinə başsağlığı verib

Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirinə başsağlığı verib
  17 Avqust 2023    Oxunub:1059
Avqustun 17-də Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Rusiya səfirliyində olub və Azərbaycan hökuməti adından Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı ilə bağlı başsağlığı kitabına ürək sözlərini yazıb.
Bu barədə AzVision.az Rusiyanın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.

Ş.Mustafayev Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimova da başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını diləyib.



AzVision.az



Teqlər:



Xəbər lenti