Polisin xidməti avtomobili yanıb

   Polisin xidməti avtomobili yanıb
  17 Avqust 2023    Oxunub:1381
Polisin xidməti avtomobilində alışma baş verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, paytaxtın Yasamal rayonunda duracaqda olan post patrul avtomobilində alışma baş verib.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. İlkin məlumata görə alışma matorxanada qısaqapanmadan baş verib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti