Azad edilən ərazilərdə 9 kütləvi məzarlıq aşkarlanıb

 Azad edilən ərazilərdə 9 kütləvi məzarlıq aşkarlanıb
  18 Avqust 2023    Oxunub:1351
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan qurumların mütəxəssis heyətinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar zamanı 9 kütləvi məzarlıq aşkarlanıb.
Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib. Onun sözlərinə görə, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən meyit qalıqları götürülüb:

"Ekshumasiya işinin yüksək səviyyədə icrası, koordinasiyalı əməkdaşlığın təmini məqsədilə BQXK ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarına aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının ekshumasiyasına dair birgə pilot layihə həyata keçirilib".

AzVision.az


Teqlər:



Xəbər lenti