Sabah bəzi yerlərdə yağış yağacaq

  Sabah bəzi yerlərdə yağış yağacaq
  18 Avqust 2023    Oxunub:1432
Avqustun 19-u gecə və səhər əsasən şimal və şərq rayonlarında, 19-u gündüzdən 20-si gündüzədək isə bəzi yerlərində fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd edilib ki, lLeysan xarakterli olacağı, dolu düşəcəyi, əsasən Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan zonalarının bəzi yerlərində yağıntıların intensiv və güclü olacağı ehtimalı var.

Şərq küləyi 15-18 m/s, 19-da ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın sel keçəcəyi ehtimalı var.

AzVision.az


Teqlər:



Xəbər lenti