Şəkidə avtomobil ağaca çırpılıb, üç nəfər ölüb
Hadisədə üç nəfər ölüb, ikisi isə ağır xəsarət alıb.
İlkin məlumata görə, Şəkidən Oğuz rayonu istiqamətində hərəkət edən “Mercedes” markalı 10-VX-141 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Hazırda hadisə yerində müvafiq qurumlar araşdırma aparır. Ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir. (APA)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


