Buzovnada batan türkiyəli iş adamı imiş - FOTO

 Buzovnada batan türkiyəli iş adamı imiş -  FOTO
  20 Avqust 2023    Oxunub:2284
Buzovnada dənizdə batan şəxsin axtarışları aparılır.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dənizdə batan həmin şəxs Türkiyə vətandaşı iş adamı Süleyman Filizdir.



AzVision.az


Teqlər:



Xəbər lenti