Şüvəlanda Xəzərin neftlə çirklənməsi aşkarlanıb

Şüvəlanda Xəzərin neftlə çirklənməsi aşkarlanıb
  21 Avqust 2023    Oxunub:1291
Xəzər rayonu, Şüvəlan qəsəbəsində Xəzər dənizinin neftlə çirklənməsi ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə AzVision.az -a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sahil zolağı ətrafındakı qayalıq ərazinin 200 metrlik məsafəsində, həmçinin dəniz səthində neft ləkələrinin olması müşahidə edilib:

“Neft ləkəsinin tərkibinin və çirkləndirilmə səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə dənizdən və çirklənmiş torpaqdan nümunələr götürülüb, hazırda araşdırmalar davam etdirilir”.

AzVision.az


Teqlər:



Xəbər lenti