Nərimanov rayonunda 30 yaşlı kişi qətlə yetirilib

Nərimanov rayonunda 30 yaşlı kişi qətlə yetirilib
  22 Avqust 2023    Oxunub:1140
Avqustun 22-də saat 08 radələrində Bakının Nərimanov rayonunun Rövşən Əliyev küçəsində 1993-cü il təvəllüdlü Samir Məhərrəmovun kəsilmiş-deşilmiş xəsarətlər alması və xəstəxanaya aparılan zaman ölməsi ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Bu barədə AzVision.az -a Nərimanov rayon prokurorluğundan bildirilib.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

AzVision.az


Teqlər:



Xəbər lenti