Göyçay və Ağdaşda bələdiyyə sədrləri cərimələnib

Göyçay və Ağdaşda bələdiyyə sədrləri cərimələnib
  22 Avqust 2023    Oxunub:1093
Göyçay və Ağdaş Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az -a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Göyçay rayonunun Bığır, Ağdaş rayonunun isə Orta Ləki kəndində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti