Ordubadın icra başçısı Vənənd kəndində səyyar qəbul keçirib

Ordubadın icra başçısı Vənənd kəndində səyyar qəbul keçirib
  22 Avqust 2023    Oxunub:1807
Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli Vənənd kəndində səyyar qəbul keçirib.
AzVision.az xəbər verir ki, vətəndaş qəbulunda İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri, rayonunun idarə, müəssisə, təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli son illər respublikamızada həyata keçirilən innovasiyalara əsaslanan quruculuq işlərindən, əhalinin rifah halının yaxşılaşdırılmasından, sosial-iqtisadi inkişafa söykənən islahatların Ordubad rayonunda da geniş vüsət almasından, ölkəmizdə Nümayəndəlik institutunun tətbiqindən, eləcə də, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin yaradılmasından bəhs edib. Səlahiyyətli Nümayəndənin rəhbərliyi altında yeni idarəetmə modelinin yaradılmasının Muxtar Respublikanın çoxşaxəli inkişafına təkan verəcəyini, 2023-2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Ordubad rayonunun xüsusi diqqət mərkəzində olduğunu bildirən Rəcəb Rəhimli rayonun gələcək inkişaf perspektivləri barədə ətraflı məlumat verib.

Vətəndaş qəbulunda kənd sakinlərinin üzləşdikləri müxtəlif istiqamətli çətinlikləri və təklifləri dinlənilib, müvafiq sahələr üzrə məsul şəxslərin iştirakı ilə bu məsələlərin həlli istiqamətində görüləcək tədbirlər müəyyənləşdirildi və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.

Qəbul zamanı vətəndaşların irəli sürdüyü məsələlərin bir hissəsi qəbulun gedişində öz həllini tapıb, digər məsələlərin həlli üzrə İcra Hakimiyyəti başçısı tərəfindən aidiyyatı idarə, müəssisə və təşkilatların məsul şəxslərinə müəyyən tapşırıqlar verilib.

AzVision.az



Teqlər: Ordubad  



Xəbər lenti