Bakıda evdə partlayış, iki nəfər xəsarət aldı
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Quliyeva Fərəh İmanqulu qızı və 1997-ci təvəllüdlü Quliyev Toğrul İmanqulu oğlu təcili yardım briqadasına təhvil verilib.
Hadisə nəticəsində evin 1-ci mərtəbəsində üç otağın yanar konstruksiyaları 125 m² sahədə yanıb, otaqlarının pəncərə çərçivələri və dəmir barmaqlıqlar yerindən çıxıb. FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


