Bakıda havanın temperaturu normadan yuxarı olub

Bakıda havanın temperaturu normadan yuxarı olub
  23 Avqust 2023    Oxunub:1265
Avqustun 23-ü saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, yağıntının miqdarı Vəlvələçay Təngəaltıda (Quba) 17 mm, Daşkəsən, Gədəbəy, Tərtərdə 1 mm-dək olub.

Havanın temperaturu avqustun 22-də Bakıda iqlim normasından 3.3 dərəcə yuxarı olub. maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36 dərəcəyədək, Naxçıvan MR-da 35-39 dərəcə, Aran rayonlarında 38 dərəcəyədək, dağlıq rayonlarda 26-30 dərəcəyədək isti olub.

AzVision.az


Teqlər:



Xəbər lenti