Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

   Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
  24 Avqust 2023    Oxunub:1314
Avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər:



Xəbər lenti