Sabah Laçının Zabux kəndinə ilk köç olacaq

   Sabah Laçının Zabux kəndinə ilk köç olacaq
  24 Avqust 2023    Oxunub:1539
Laçın rayonunun Zabux kəndinə köç başlayır.
Avqustun 25-də ilk mərhələdə 20 ailə (88 nəfər) kəndə köçürüləcək. Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də məktəbin qarşısında olacaq.

Qeyd edək ki, Laçın rayonunun Zabux kəndi 2022-ci ilin avqustun 26-da erməni işğalından azad olunub və Azərbaycan Ordusunun nəzarətinə keçib.

AzVision.az


Teqlər:



Xəbər lenti