Xırdalanda içməli su olmayacaq

Xırdalanda içməli su olmayacaq
  25 Avqust 2023    Oxunub:1474
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Xırdalan şəhərinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.

AzVision.az


Teqlər:



Xəbər lenti