Koronavirusun yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
“Digər variantlarla müqayisədə, xəstəliyin ötürülmə yolları, klinik əlamətləri və yaxud müalicəyə tabe olmağında heç bir fərq müşahidə olunmur. Lakin digər variantlarla müqayisədə, daha yüksək mutasiya qabiliyyətinə malik olduğuna görə yoluxduruculuq qabiliyyəti çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən EQ.5 variantı qlobal ictimai səhiyyə qarşısında aşağı riskli olaraq dəyərləndirilib”, - o qeyd edib.
T.İbrahimovanın sözlərinə görə, buna baxmayaraq, yüksək risk qrupuna daxil olanlar üçün bu bəyanat qorunma tədbirlərini azaltmaq və diqqətsiz davranmağa əsas olmamalıdır:
"Hospitalizasiya riski yüksək olanlar hər zaman müvafiq tədbirlərlə özlərini qorumağa davam etməlidirlər. Qarşıdan payız ayları gəlir. Bu, o deməkdir ki, təhlükə hələ qarşıdadır, çünki payız aylarında virusa yoluxma sayı daha da artır".
Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyib ki, EG.5 mutasiyasının öskürək, burun axması, boğaz ağrısı, qızdırma, şiddətli yorğunluq kimi klassik əlamətləri var:
“Əvvəlki dövrdə virusa qarşı aparılan mübarizə tədbirləri yenə aktualdır. Əhalinin xeyli hissəsi virusa qarşı peyvənd olduğuna görə orqanizmdə müəyyən qədər immunitet var. Lakin koronavirusun xarakteri elədir ki, meydana çıxan yeni – hansı formada bəlli olmayan əlamətlərdir. Ona görə də çox insanın olduğu məkanlardan uzaq olmaq, spirt və digər gigiyenik vasitələrdən istifadə etmək, qoruyucu maskalardan istifadə ən mühüm amillərdən biri olaraq qalır”.
Qeyd edək ki, koronavirus daim mutasiyaya uğrayır və onun yeni ştamlarının ortaya çıxması dünya əhalisini narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında son bir ayda dünyada COVID-19-a yoluxanların 63 faiz artdığı bildirilir. Təkcə son bir həftədə 1,4 milyon yoluxma halı qeydə alınıb.
Xatırladaq ki, COVID ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. Artıq 2020-ci ilin yanvar ayının axırlarında Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanı fövqəladə vəziyyət kimi tanıdı və mart ayında pandemiya elan edildi. Ölkəmizdə isə ilk yoluxma 2020-ci ilin fevralına təsadüf edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


