Fransanın Laçın təxribatı nəticəsiz qaldı

      Fransanın Laçın təxribatı nəticəsiz qaldı
  26 Avqust 2023    Oxunub:1902
Bu gün “Laçın Şəhər günü” ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak etmək üçün Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri də Laçına səfər ediblər.
AzVision.az xəbər verir ki, APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Fransa Avropa İttifaqı ölkələrinin bu tədbirdə iştirakını əngəlləmək üçün ciddi cəhd göstərib, diplomatların ora səfərdən imtina etməsinə çalışıb.

Lakin bu dəfə də fransızların təxribatı nəticəsiz qalıb. Avropa İttifaqı ölkələrinin diplomatları bu səfərdə də geniş tərkibdə təmsil olunublar.

AzVision.az


Teqlər:



Xəbər lenti