Ermənistan ordusunun növbəti təxribatının qarşısı alınıb

   Ermənistan ordusunun növbəti təxribatının qarşısı alınıb
  26 Avqust 2023    Oxunub:1658
Avqustun 26-sı saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat törətmək məqsədilə Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında əlverişli mövqelər tutmağa cəhd göstəriblər.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimizin sayıqlığı nəticəsində təxribat törətmək istəyən qarşı tərəfin fəaliyyəti dərhal dayandırılıb.


AzVision.az


Teqlər:



Xəbər lenti