Ordubadda tikintidə bədbəxt hadisə baş verib

 Ordubadda tikintidə bədbəxt hadisə baş verib
  26 Avqust 2023    Oxunub:1706
Ordubad sakini beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə Ordubad Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin başvermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

AzVision.az



Teqlər: Ordubad   Bədbəxt-Hadisə  



Xəbər lenti