Azərbaycanda ilk dəfə sığorta festivalı təşkil olunub

Azərbaycanda ilk dəfə sığorta festivalı təşkil olunub
  26 Avqust 2023    Oxunub:1879
Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə təşkilatçılığı ilə ölkədə ilk dəfə "Sığorta Festivalı" təşkil olunub.
AzVision.az xəbər verir ki, bu gün Bakı şəhərində Festivalın təntənəli açılış mərasimi keçirilir.

Tədbir 26 avqust - 7 sentyabr tarixləri arasında ölkənin ən böyük 10 şəhərində keçiriləcək.

Festivalın başlıca əhəmiyyəti əhali arasında sığorta savadlılığının artırılması və sığorta xidmətlərinə əlçatanlığın təmin olunmasıdır.

AzVision.az



Teqlər: Sığorta   Festival  



Xəbər lenti