Qeyd edək ki, ötən gün yağan güclü yağışdan sonra dağlardan gələn sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayonu, Qaraməryəm kəndi ərazisindən keçən hissəsi təmirə bağlanmışdı.
***
Yağan yağış suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay rayon ərazisindən keçən hissəsinin 194+500-cü km hissəsində yol təsərrüfatına zərər dəyib. Yağış sularının səviyyəsi yüksək olduğundan avtomobil yolunun hərəkət hissəsindən keçərək, həmin adıçəkilən kilometrdə avtomobil yolunun çökməsinə səbəb olub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin baş mühəndisi Həsən Məmmədli məlumat verib.
Onun sözlərinə görə, asfalt-beton örtüyünün alt hissəsi yuyularaq, yolun örtüyünün çökməsinə səbəb olub. Axşam saatlarında hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə yol müvəqqəti bağlanıb, bu gün səhər saatlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikaları vasitəsi ilə hərəkətin bərpa olmaq məqsədi ilə təmir işlərinə start verilib.
Hazırda birtərəfli sağ hərəkət istiqamətində nəqliyyat vasitələri buraxılır. İşlər yekunlaşdırılandan sonra yaxın zamanlarda hər iki istiqamətdə hərəkət bərpa olunacaq.
***
M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkəti qismən bərpa olunub.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, ötən gün sel sularının M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki piyada və avtomobil körpüsünə ziyan vurması nəticəsində yolun 194-205 kilometrliyində yaranan problemin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hadisə baş verdiyi andan etibarən tədbirlər görülür, əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunub.
Gecəboyu aparılan işlər nəticəsində sözügedən ərazidə səhər saatlarından etibarən Göyçay rayonu istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.
Hazırda yolboyu hərəkətin tam bərpa olunması istiqamətində işlər davam etdirilir və gün ərzində bu işlər də tam yekunlaşacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


