“Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazilərini su basıb - VİDEO

   “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazilərini su basıb -    VİDEO
  28 Avqust 2023    Oxunub:1541
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Binə” və “Sədərək” ticarət mərkəzlərinin ərazisinin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Bu barədə AzVision.az -a FHN-dən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar olaraq Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri ərazilərə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hal-hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilir.



AzVision.az


Teqlər:



Xəbər lenti