"Laçın" sərhəd məntəqəsindən erməni əsilli şəxslərin keçidi baş tutub

   "Laçın" sərhəd məntəqəsindən erməni əsilli şəxslərin keçidi baş tutub
  28 Avqust 2023    Oxunub:1378
Bu gün "Laçın" sərhəd - buraxılış məntəqəsindən erməni əsilli şəxslərin maneəsiz keçidi baş tutub.
AzVision.az xəbər verir ki, Beynəlxalq Qızılxaç Xaç Komitəsinə məxsus 9 avtomobildə 30 nəfər erməni əsilli şəxs "Laçın" sərhəd- buraxılış məntəqəsindən maneəsiz keçərək Ermənistana gedib.

Onlardan 9 nəfəri Ermənistana müalicə almaq üçün getdiyi bildirilir.

Qeyd edək ki, bu, bir daha Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.



AzVision.az


Teqlər:



Xəbər lenti