Bakcell abunəçiləri “NaviMax”-la övladlarının təhlükəsizliyinə nəzarət edə biləcək
Valideynlər “NaviMax”la övladlarının hərəkət radiusu üçün koordinatlar təyin edə, icazə verilən hərəkət poliqonundan uzaqlaşma anında mobil bildiriş alma imkanına sahib olacaqlar.
Xidmətin aktivləşdirilməsi və deaktivləşdirilməsi tətbiq vasitəsilə həyata keçirilir. Bakcell abunəçiləri 3020 qısa nömrəsinə SMS göndərməklə, tətbiqlə bağlı məlumat və link əldə edə bilərlər. Xidməti deaktiv etmək üçün isə, 3020 qısa nömrəsinə “STOP” yazıb göndərmək kifayətdir.
Bakcell abunəçiləri tətbiqdən 1 həftə pulsuz istifadə edə biləcəklər. Pulsuz istifadə dövrü başa çatdıqdan sonra, ödənişli abunəlik avtomatik aktivləşdirilir. Tətbiqə abunəlik haqqı aylıq (30 gün) 1 AZN təşkil edir.
Bakcell şirkəti hazırda “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.
Xatırladaq ki, şirkət NEQSOL Holding-in tərkibinə daxildir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


