Bakıda ticarət mərkəzinə partlayıcı qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

   Bakıda ticarət mərkəzinə partlayıcı qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb
  28 Avqust 2023    Oxunub:1402
“Metropark” ticarət mərkəzinə partlayıcı qoyulması ilə bağlı məlumat yayılıb.
AzVision.az -ın xəbərinə görə, hüquq-mühafizə orqanları tərəfindən ticarət mərkəzində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.


Mərkəzdə olanlar təxliyə olunub, bina yoxlanıb, hər hansı partlayıcı aşkarlanmayıb.

Polis yanlış məlumat verən şəxsi saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumat təsdiq olunub.

Hazırda araşdırma aparılır, əlavə məlumat veriləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti