Yevlaxda yük avtomobili minik maşınına çırpılıb, xəsarət alanlar var

   Yevlaxda yük avtomobili minik maşınına çırpılıb, xəsarət alanlar var
  28 Avqust 2023    Oxunub:1353
Yevlaxın Aran qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə "Hyundai" markalı minik avtomobili ilə kiçiktutumlu yük maşınının toqquşması nəticəsində qeydə alınıb.

Nəticədə yük maşınının sürücüsü, Ağsu rayon sakini, 1991-ci il təvəllüdlü Ramal Hüseynov və "Hyundai" markalı avtomobildə sərnişin qismində olan, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Kəfayə Bənnayeva xəsarət alıblar. Onların hər ikisi xəstəxanaya çatdırılıb.

"Hyundai" markalı avtomobilin sürücüsü hadisədən xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.(Report)


Teqlər:



Xəbər lenti