Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndiyə yardım göndərir

   Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndiyə yardım göndərir
  29 Avqust 2023    Oxunub:1848
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslər üçün humanitar yardım göndərir.
AzVision.az xəbər verir ki, Cəmiyyətinin prezidenti Novruz Aslan humanitar karvanın bu gün yola düşəcəyini qeyd edib:

"Biz Ağdam-Xankəndi yoluna yollanacağıq. İlkin mərhələdə 40 ton un məmulatları göndəriləcək. Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.

AzVision.az


Teqlər:



Xəbər lenti