Bakıdan aparılan yardımın Xankəndiyə çatdırılması üçün danışıqlar aparılıb

   Bakıdan aparılan yardımın Xankəndiyə çatdırılması üçün danışıqlar aparılıb
  29 Avqust 2023    Oxunub:1573
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndidəki erməniəsilli şəxslərə 40 ton humanitar yardım aparılması ilə bağlı Azərbaycanın ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məlumat veriblər.
Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məram və məqsədləri barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandirinə məlumat veriblər: “Onlar da öz rəhbərliklərinə məruzə etdilər. Onlar rəhbərliklərinin verdiyi qərarı bizimlə bölüşmək üçün vaxt istədilər”.
AzVision.az



Teqlər: Humanitar-Yardım  



Xəbər lenti