Cahit Bağçı: "Türkiyə-Azərbaycan qardaşlığını inamla davam etdirəcəyik"
Səfir bildirib ki, türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazanıb.
Cahit Bağçı 101 illiyi qeyd olunan bu böyük qələbənin türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsi olduğunu vurğulayıb.
“Bu gün Azərbaycanın hər yerində Türkiyə şəhidlərinin xatirəsinə böyük ehtiram duyulduğunun şahidiyik. Şəhidlərimiz 105 il bundan əvvəl "bir millət, iki dövlət" ifadəsinin sarsılmazlığını sübuta yetirdilər. Biz bu qardaşlığı, sarsılmazlığı inamla davam etdirəcəyik”, - deyə səfir bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


