Keçmiş məhkum qohumunu güllələdi

   Keçmiş məhkum qohumunu güllələdi
  30 Avqust 2023    Oxunub:1490
Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində güllələnmə hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, evlərin birində odlu silahdan açılan atəş nəticəsində İsfəndiyar Allahverdiyev topuq nahiyəsindən xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən İ.Allahverdiyevin qohumu, əvvəllər məhkum olunmuş Ayaz Cəbiyev saxlanılıb, ondan hadisə zamanı istifadə etdiyi lüləsi kəsilmiş “İJ” markalı tüfəng, ona aid 7 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: Məhkum  



Xəbər lenti