Qarabağdakı kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb

   Qarabağdakı kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb
  30 Avqust 2023    Oxunub:1295
Azad edilmiş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Ombudsmanın I Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatında öz əksini tapıb.

"Bugünədək aparılmış eyniləşdirmələr nəticəsində 4000-ə yaxın itkin düşmüş hesab edilən şəxsdən 15 nəfərin şəxsiyyəti müəyyən edilmiş, onların qalıqları ailələrinə təhvil verilərək adətlərə uyğun şəkildə dəfn mərasimləri keçirilmişdir. Kütləvi məzarlıqlarda aşkar edilmiş qalıqlardan 4-ü mülki şəxslərə,qalanlar isə hərbi qulluqçulara aid olmuşdur. 8 Aşkar olunmuş kütləvi məzarlıqlar və insan qalıqları Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsidir və Ermənistanın azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətini bir daha sübut edir", - deyə hesabatda vurğulanıb.

AzVision.az


Teqlər:



Xəbər lenti