Əlcəzair vətəndaşları sərhədi pozdu

    Əlcəzair vətəndaşları sərhədi pozdu
  30 Avqust 2023    Oxunub:1227
Əlcəzair vətəndaşları sərhədi pozmağa cəhd edib.
DSX-dan AzVision.az - a verilən məlumata görə, avqustun 30-da saat 07:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycan Respublikasından Gürcüstan Respublikasına keçməyə cəhd göstərən Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşları 1969-cu il təvəllüdlü Amair Ziane və 1999-cu il təvəllüdlü Belkhatır Mohammed-Fodil sərhəd naryadı tərəfindən saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Gürcüstan Respublikasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



AzVision.az


Teqlər: Sərhəd  



Xəbər lenti