Bakcell parkinq ödənişlərini sürətli etdi

Bakcell parkinq ödənişlərini sürətli etdi
  30 Avqust 2023    Oxunub:1209
Bakcell şirkəti abunəçilərinə parkinq ödənişlərini sürətli ödəmək imkanı yaradıb. Artıq abunəçilər parkinq xidmətini mobil balansdan ödəyə biləcəklər.
Xidmətin aktivləşdirilməsi, deaktiv edilməsi sms vasitəsilə həyata keçiriləcək. Üstəlik, sms
pulsuzdur. Qiymətlər müəyyən edilmiş tariflərə uyğun olaraq, minimum 30 qəpikdən
başlayır.

Bakcell abunəçiləri avtomobilin qeydiyyat nişanı və parklanma məntəqəsinin nömrəsini
1181 qısa nömrəsinə SMS göndərərək parkinq zamanını başladacaqlar. Parkinqdən
çıxarkən isə, “stop” yazıb 1181 qısa nömrəsinə SMS göndərmək kifayətdir.

Korporativ abunəçilər isə ödənişi yalnız AzParking tətbiqi vasitəsilə, həyata keçirə
bilərlər.

Bakcell şirkəti “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.

Xatırladaq ki, şirkət “NEQSOL Holding”in tərkibinə daxildir.

AzVision.az


Teqlər:



Xəbər lenti