Bu yolda qəza sıxlıq yaratdı - FOTO

   Bu yolda qəza sıxlıq yaratdı -    FOTO
  30 Avqust 2023    Oxunub:1173
Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsi, eləcə də Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində yolda nasaz avtomobillərin qalması səbəbindən sıxlıq yaranıb.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən AzVision.az -a verilən məlumata görə, sıxlıq metronun “20 Yanvar” stansiyası istiqamətində yaşanır.

Bununla yanaşı, Heydər Əliyev prospekti, "Excelsior" otelin qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də mərkəz istiqamətində sıxlıq var. Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.



AzVision.az


Teqlər:



Xəbər lenti