"Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır"
"Bu gün qardaş Türkiyənin Zəfər Bayramını təntənəli şəkildə qeyd edirik. Bu gün Azərbaycan və Türkiyə əlaqələri ən yüksək səviyyədədir. Əlaqələrin bu səviyyəyə çatmasında dövlət başçılarının müstəsna xidmətləri var. Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir, bölgədə sabitliyin qorunmasına və rifahın yüksəlməsinə xidmət edir. İki ölkə arasında döyüş hazırlığı təlimlərinin artırılması nəzərdə tutulub. Yəni iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da davam edəcək. Türkiyənin Zəfər Bayramını təbrik edir, şəhidlərin xatirəsini dərin ehtiramla anıram", - deyə K.Vəliyev əlavə edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


